"Star” telekanalı ilə futbol oyunları səbəbindən yollarını ayıran və yeni mövsüm üçün ATV ilə anlaşan "Kurdlar Vadisi-Pusu” teleserialının növbəti bölümü oktyabrın 7-də yayımlanacaq.
ANSPRESS-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, teleserialın bu mövsümdəki ilk bölümünün fraqmentləri yayımlanıb. Fraqmentlər aydın olur ki, əvvəlki bölümlərdəki qanlı səhnələrin əksinə, yeni mövsümdəki ilk bölümdə Türkiyənin bölünməsi məsələsinə, xarici güclərin Türkiyə üzərindəki oyunlarına toxunulur. Teleserialda İsrail və Avropanın 2023-cü ildə görmək istədikləri Türkiyə xəyalları çılpaqlığı ilə anladılır.
Xarici güclərin arzuladığı Türkiyə xəritəsi təsvir olunur. Xəritədə Türkiyənin şərq vilayətləri yaradılmış Kürdüstan dövləti və Ermənistan arasında bölüşdürülür, İstanbul muxtariyyət qazanır, Qara dəniz sahillərində də yeni dövlət yaranır. Bu, İsrail və Avropanın əsas planıdır