Суббота, 2024-11-23, 19:48
SALAM QONAQ Гость | RSS

MILLI-AZ.TK

BOLMELER

SAYTA GIRIS

QEYDIYYATDAN KECENLER


1-ADMIN 2-PARIS HILTON 3-FEQAN




MILLI.UCOZ.COM

Каталог статей

Главная » Статьи » SEVGI

Men de sevilmek isteyirem...
 
Mən də sevilmək istəyirəm, mənim üçün narahat olan, mənim üçün darıxan bir nəfəri istəyirəm. Mənə tez-tez zəng edib hardasan deyə soruşan, fasiləsiz mesajlarını yazan bir nəfəri istəyirəm. Məni hər zaman gözləyən, bir dəqiqə də olsun məndən ayrı qalmayan bir nəfəri istəyirəm. Axı mən də sevilmək istəyirəm....
Mən də sevilmək istəyirəm, mənim üçün xoş sözlərini deyən, mənim üçün yaşayan, mənim üçün nəfəs alan bir nəfəri istəyirəm. Həyatını mənimlə paylaşan, mənimlə sirrini bölüşən, dərdimə şərik çıxan bir nəfəri istəyirəm. Mənə baxınca özünü, özünə baxınca məni görən bir nəfəri istəyirəm. Axı mən də sevilmək istəyirəm...
Mən də sevilmək istəyirəm, hər görüşə gedəndə çiçək almaq istəyirəm və hər görüşə gedəndə onun gecikməsini gözləmək istəyirəm. Onunla bir yerdə gəzib, ona saatlarla baxmaq istəyirəm. Saçlarına sığal çəkib, dünyanın ən gözəl sözlərini demək istəyirəm. Əllərini əllərim içinə alıb, onun istiliyini duymaq istəyirəm. Axı mən də sevilmək istəyirəm...
Mən də sevilmək istəyirəm, məni qısqanan, məni öz sual atəşinə tutan bir nəfəri istəyirəm. Hər gün məndən küsən və mənim də onun nazı ilə oynamaq istədiyim bir nəfəri istəyirəm. Və bəzəndə məni qısqandıraraq, mənim boynuma sarılacaq bir nəfəri istəyirəm. Dözərəm hər şeyə. Axı mən də sevilmək istəyirəm...
Mən də sevilmək istəyirəm, yağışlar altında gəzib, tökülən hər damlalarda sevgimi bölüşmək istəyirəm. Keçdiyimiz küçələrdə, yollarda sevgimizin izini qoyub, hər daşda, hər bir şey də xatirələrlə iz qoymaq istəyirəm. Yaşadıqca nəfəsimə nəfəs verən bir nəfəri istəyirəm. Axı mən də sevilmək istəyirəm...
Mən də sevilmək istəyirəm, sevdiyimlə xoşbəxt həyatımızı qurmaq istəyirəm. Mən də sevilmək istəyirəm, sevdiyimlə ailə qurub, xoşbəxt yaşamaq ümidilə, oğlumuz olacaq atası kimi anasını sevib, ona dəyər verən. Qızımız olacaq anası kimi gözəl və əl çatılmaz birisi. Heç nə yox, bir şey istəyirəm - mən də sevilmək istəyirəm...
Mən də sevilmək istəyirəm, hər kimsələr tərəfindən yox, SEVGİLİM tərəfindən....



Müəllif: Hesenov AsEf
Категория: SEVGI | Добавил: Xanlar (2010-08-04) | Автор: xanlar admin
Просмотров: 1612 | Комментарии: 1 | Рейтинг: 0.0/0
Всего комментариев: 1
1 ramiz  
0
sevgi həyatı yaşamaq istəyirəm

AD *:
Email:
Код *:

AXTARIS

SORGU

Оцените мой сайт
Всего ответов: 31

Hava Haqqında

STATISTIKA


Онлайн всего: 7
Гостей: 7
Пользователей: 0