* Dünyada Azərbaycan dedikdə ağla neft və musiqi gəlir.
* Bakı SSRİ-də metro açılan dördüncü şəhər olmuşdur.
* SSRİ-ni dünyaya tanıtdıran üç müğənnidən ikisi Azərbaycandandır. Rəşid Behbudov və Zeynəb Xanlarova.
* Kabab dedikdə ən birinci Azərbaycan kababı yada düşür.
* Azərbaycan dünyanın ən xoşbəxt 103-cü ölkəsidir.
* Azərbaycanda sayca ən çox olan millət ruslardır. Təbii ki, Azərbaycan türklərindən sonra.
* İlk opera və qadın tərəfindən yazılmış ilk opera Azərbaycanda bəstələnmişdir. Üzeyir Hacıbəyov və Şəfiqə Axundova.
* Pele demişdi: "Əgər məndə Maradonanın texnikası və Maşallah Əhmədovun sürəti olsaydı yenidən futbola qayıdardım.”
* Müsəlman dünyasında ilk opera, ilk balet, ilk kanservatoriya, ilk sirk binası Bakıda tikilmişdir.
* Hitlerin qurmaq istədiyi imperiyanın baş planı BBB adlanırdı. Berlin-Bakı-Bombey.
* Dünyanın ən çox yaşayan insanı Şirəli Müslümov olmuşdur. 168 yaş.
* Dünyanın 1 nömrəli şahmatçısı Harri Kasparov Bakıda doğulub. Şahmat məktəbini də burda bitirib.
* Maye heliumu kəşf etmiş, buna görə Nobel almış fizik Landau Bakıda anadan olmuşdur.
Qeyd: Bu da SON. Amma unutmayın, bu Azərbaycan haqqında bəzilərimizin bilmədikləri idi :) Əgər bildiklərimizi də əlavə etsəydim, yəqin bu siyahının sonu olmazdı. :)