Paytaxtda kişi kişini aldı; "Bəy" müğənni, "gəlin" isə nazirlik işçisidir; biabırçı olayın telefon çəkilişləri var
Avqustun 26-da Bakıdakı ən məşhur restoranların birində kişi-kişi ilə evlənib, yəni bircinsli toy olub. "Bəy” toy məclisinə mavi rəngli kostyumda, "gəlin” isə mavi rəngli duvaqda gəlib. Restoranın adı bizə bəlli olsa da onun reputasiyasına zərbə vurmamaq üçün bu barədə yazmırıq. Həmin restoranın təmsilçisi müxbirimizə bildirib ki, onlar əvvəlcədən toyun "mavi” olacağını bilməyiblər. Məclisi restoran rəhbərliyi ilə əlamətlərindən maviyə bənzəməyən birisi danışaraq, razılaşdırıb; bir sıra xərcləri də əvvəlcədən ödəyib. Restoran personalı yalnız toy başlayan ərəfədə məsələnin nə yerdə olduğunu bilib: "Artıq çox gec idi”. Toyun sonuna kimi restoran rəhbərliyi qarşılaşdığı vəziyyətdən çıxış yolu tapa bilməyib. "Bəy”lə "gəlin” restoranı vağzalı sədaları altında tərk ediblər. Bu biabırçı toy məclisi barədə məlumat verən qaynağımız deyir ki, artıq mobil telefonlarda bircinsli toyun bəzi fraqmentlərin əks olunduğu videosu yayılıb. Toy barədə məlumat verən qaynağımız əməkdaşımıza bunları deyib: "Bütün ”Tbilisski" prospekt orada idi. Toydakı qadın müğənni mikrofonu əlinə ala bilmirdi. "Bəy” özü oxuyandı deyə iki dəqiqədən bir mikrofona sarılıb oxuyurdu. Hiss olunurdu ki, o haradasa musiqi təhsili alıb. "Gəlin” də önəmli nazirliklərdən birində işləyir". Qaynağımız "gəlin”in işlədiyi nazirliyin adını desə də, yazmırıq. Böyük bir dövlət qurumunun adına ləkə gətirmək istəmirik. Qeyd edək ki, həmin nazirlik metronun "Elmlər Akademiyası” stansiyasının həndəvərində yerləşir. Azərbaycan Respublikası qanunlarına görə, ölkəmizdə bircinsli nikahlar qadağandır. Hesab edirik ki, Azərbaycan tarixində bəlkə də ilk dəfə baş verən bu biabırçı olay aidiyyəti dövlət qurumları tərəfindən araşdırılmalıdır. Bu təhlükəli tendensiyanın yayılmasına, adiləşməsinə imkan verilməməlidir //"Yeni Müsavat"