Ehmədinijatın korteji partladıldı!
İran prezidenti Mahmud Əhmədinijata sui-qəsd cəhdi olub.
milli.ucoz.comun-ın xəbərinə görə, bu barədə Livan televiziyalarından biri məlumat yayıb.
Məlumatda bildirilib ki, prezidentin kortejinə əl qumbarası atılıb.
Əhmədinijat həmin vaxt Həmədana yerli əhali qarşısında çıxış etmək üçün gedirmiş. Qumbaranın partlaması nəticəsində yaralananlar olub. Məlumatda Əhmədinijatın yaralanmadığı bildirilib.
Qumbara atan şəxsin yaxalandığı bildirilir.
Əhmədinijat isə səfərinin yarımçıq saxlamayıb. Belə ki, o, Həmədana gedərək əhali qarşısında çıxış edib.
|