NASA-nın mütəxəssisləri maraqlı faktlar əldə ediblər
2012-ci ildə Marduk asteroidinin yer kürəsi ilə toqquşacağı və dünyanın yox olacağı xəbərləri dünya ictimaiyyətini ciddi narahat edir.
Bu söyləntilərlə bağlı Amerika Kosmik Agentliyinin (NASA) böyük araşdırma aparıb.Mütəxəssislərin araşdırması nəticəsində maraqlı faktlar ortaya çıxıb. Belə ki, hər 3600 ildən bir dünyanın yaxınlığından keçən Mardukun yer kürəsi ilə toqquşma ehtimalının olmadığı müəyyənləşib. NASA internet saytında sualları cavablandırıb.
Cavablarda qeyd olunub ki, Marduk söyləntisinin kökü şumerlərədək gedir. Şumerlər astronomiya sahəsində xeyli inkişaf ediblər, bir neçə planeti kəşf ediblər. Ancaq dünyanın günəşin ətrafında döndüyünü başa düşməyiblər.
"Marduk 1983-də "Planet X”kimi kəşf edilməyibmi?” sualına cavab olaraq, "1983-cü ildə naməlum bir şey görüntülənib, daha sonra bunun asteroid olduğu müəyyənləşib. Ancaq mətbuat bunu planet kimi təqdim edib, İnternetdə Mardukla bağlı yayılan şəkillərin hamısı foto-şopdur” -, deyə bildirilib.
NASA bildirir ki, günəş fırtınalarının Amerikanı məhv edəcəyi barədə xəbərlər də şişirdilib: "NASA ən pis ehtimalları analiz edir və ona görə tədbir görür. Mətbuat isə ehtimalları olacaq kimi göstərir. Hər 11 ildən bir günəş fırtınası olur. Ancaq bu təbii proses indiyədək heç bir canlıya ziyan verməyib. 2012-ci ildə dünyaya heç bir asteroid çırpılmayacaq”.
|