Пятница, 2024-04-26, 20:31
SALAM QONAQ Гость | RSS

MILLI-AZ.TK

BOLMELER

SAYTA GIRIS

QEYDIYYATDAN KECENLER


1-ADMIN 2-PARIS HILTON 3-FEQAN




MILLI.UCOZ.COM

Каталог статей

Главная » Статьи » MARAQLI

FBİ-nın en çox axtarılanlar siyahısı
Usame bin Ladin:
Terror təşkilatı Əl Qaidənin lideri. Adını 1998də Keniya və Tanzaniyadakı Amerikan Konsolluqlarının bombalanmasıyla eşitdirmiş, ən çox axtarılanlar siyahısına da 1999 da girmişdi.
 
Ceyms Earl Rels:
Martın Luther King Jr.ın qatili. FBI siyahısına 2 dəfə girən 6 adamdan biri. 1968dəki cinayətdən sonra siyahıya girən Rels 1977 də həbsdən qaçdığında təkrar siyahıya alınmışdı.
 
Ted Bundy:
10 Fevral 1978 də FBI siyahısına alınmasından 4 gün sonra bir trafik polisi tərəfindən tutulmuşdu. Həbsxanadan iki dəfə qaçan və cinayətlərlə hər hansı bir əlaqəsi olmadığını iddia edən Bundy, daha sonra 30 qadını öldürdüyünü etiraf etmişdi.
 
Jorge Alberto Lopez Orozco:
2002də vəhşicə bir cinayət işlədi. FBI Lopez Orozconun Elmore County, Idahoda 3 adamı doğradığından şübhələnir. Silahlı və həddindən artıq təhlükəli olduğu ifadə edilir.
 
Diyeqo Leon Montoya Sanchez (Don Diyeqo):
Kokain emalatı, qaçaqçılığı,paylayıcılığı və ABŞa kokain soxmaq kimi günahlardan axtarılır. Montoya, Kolombiya Şimal Vadisi narkotik ticarət birliklərinin lideri olaraq bilinir. Bu birliklərin Kolombiyadakı ən güclü və şiddətli narkotik qaçaqçılığı təşkilatları olduğuna inanılır.

 

Robert William Fisher:
3 cinayətdən və fərarilikdən 2001dən bəri axtarılır. Bir çox silahı olduğu və Scttsdale, Arizonadakı evini havaya uçurmadan əvvəl arvadını və uşaqlarını öldürdüyü düşünülür.
 
Glen Stewart Godwin:
1987də Folsom Əyalət Həbsxanasında bir cinayət səbəbiylə götürdüyü uzun davamlı həbs cəzasını çəkərkən qaçdı. Eyni il Meksikada narkotik qaçaqçılığı edərkən tutuldu. 1991də bir məhkumu öldürdükdən sonra həbsxanadan qaçdı. Silahlı və həddindən artıq təhlükəli olaraq bilinir.
 
Richard Steve Goldberg:
10 yaşından kiçik bir çox qız uşağıyla əlaqəyə girmə cinayətdən axtarılır. Ayrıca bu uşaqlarla əlaqələrini kameraya aıb götürüb bu görünüşləri kompüterinə qeyd etdiyi bilinir.
 
Donald Eugene Webb:
Qısa məsafədən, bir Pennsylvania polis şefini vurduğu düşünülür. Polisi öldürmədən əvvəl başına və üzünə kor bir alətlə dəfələrlə vuran Webbini tapana 100 min dollar mükafat veriləcək.
 

Категория: MARAQLI | Добавил: Xanlar (2010-08-10) | Автор: ADMIN
Просмотров: 1350 | Комментарии: 2 | Рейтинг: 5.0/1
Всего комментариев: 0
AD *:
Email:
Код *:

AXTARIS

SORGU

Оцените мой сайт
Всего ответов: 31

Hava Haqqında

STATISTIKA


Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0