Четверг, 2024-04-25, 17:54
SALAM QONAQ Гость | RSS

MILLI-AZ.TK

BOLMELER

SAYTA GIRIS

QEYDIYYATDAN KECENLER


1-ADMIN 2-PARIS HILTON 3-FEQAN




MILLI.UCOZ.COM

Каталог статей

Главная » Статьи » ISLAM

Fatiha suresi
 
Yüzlərcə sirr və şifrə daşıyan fəzilətli bir duadır.Əsil sirlər və şifrələr qul ilə Allah arasında mövcuddur.Peyğəmbərimiz bir hədisdə bu vacim həqiqəti belə şərh edir:"Allahı Təala buyurdu ki: Mən namaz surəsi olan Fatihanı özümlə qulum arasında yarı - yarıya paylaşdırdım.Yarısı Mənə,yarısı da quluma aiddir.Bu vəsilə ilə qulum bütün istədiklərinə qovuşacaqdır.
Qul, "Əl hamdulillahi Rəbbil-aləmin" (Həmd,Aləmlərin Rəbbi olan Allaha aiddir) dediyi zaman,Allah,"Qulum Məna həmd etdi" buyurur.
Qul,"Ər- Rəhmanir-Rəhim" (O Rəhmandır,Rəhimdir) dediği zaman,Allah,"Qulum Məni məth etdi" buyurur.
Qul, "Məliki yaumiddin" (Din Gününün Sahibidir) dediyi zaman,Allah,"Qulum Məni təzim etdi,işlərini Məna həvalə etdi" buyurur.
Qul,"İyyəkə nəbudu və iyyəkə nəstəin" (Yalnız Sənə qulluq edər,yalnız Səndən yardım istəyərik) dediyi zaman,Allah,"Bax bu qulumla öz aramdadır və qulumun istədiyi də onundur" buyurur.
Quranın ən fəzilətli surəsi Fatiha olduğu kimi,ən fəzilətli ayəsi də yenə Fatihanın bir ayəsidir.
Fatiha,savabı baxımından İhlas surəsi kimi Quranın üçdə birinə aiddir:
İbn Abbasın rəvayətinə göre Rəsulullah bunu belə dilə gətirmişdir:
"Fatiha savab baxımından Quranın üçdə birinə aiddir."
Bir işə başlarkən Bismillah deyilməsi vacim olduğu kimi,Fatiha oxunması da tövsiyə edilir.
Əbu Hürəyrənin rəvayətinə görə Rəsulullah belə buyurmuşdur:
"Xeyirli bir iş Əlhəmdulillah ilə başlamazsa sonu bərəkətsiz olar"
"Amin,mömin qullarının diliylə Rabbili ələmin möhürüdür."
Fatiha mənası,zənginliyi və içində olduğu dərinlik etibarıyla da bambaşqa bir gözəlliyə sahibdir.
Əbdülməlik min Umeyrin rəvayət etdiyi bir hədisdə Peyğəmbərimiz bu həqiqəti bu sözləriylə dilə gətirmişdir:
"Fatiha surəsi hər dərdə dəvadır."
"Fatiha bütün dərdlərə qarşı şəfadır."
"Fatiha surəsi,zəhərdən qurtulmaq üçün bir şəfadır."
"Fatiha nəzərə,göz dəyməsinə qarşı da bir şəfa qaynağıdır."
Категория: ISLAM | Добавил: Xanlar (2010-08-07) | Автор: ADMIN
Просмотров: 1451 | Рейтинг: 4.0/1
Всего комментариев: 0
AD *:
Email:
Код *:

AXTARIS

SORGU

Оцените мой сайт
Всего ответов: 31

Hava Haqqında

STATISTIKA


Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0