Четверг, 2024-04-25, 22:30
SALAM QONAQ Гость | RSS

MILLI-AZ.TK

BOLMELER

SAYTA GIRIS

QEYDIYYATDAN KECENLER


1-ADMIN 2-PARIS HILTON 3-FEQAN




MILLI.UCOZ.COM

Каталог статей

Главная » Статьи » IDMAN

Baş meşqçi edam edilecek?
Şimali Koreya baş məşqçisi edam edilə bilər
Şimali Koreya Milli Futbol Komandası və ehtiyat oyunçular skamyası heyəti Dünya Kubokundakı müvəffəqiyyətsiz performanslarının ardından ölkələrinə döndüklərində çox sərt cəzalarla qarşılaşdılar.

Təcili tutduğu postundan qovulan baş məşqçi məcburi olaraq inşaat işçisi edildi. Ancaq cəzanın bu qədərlə qalmaya biləcəyi danışılır. Daily Express qəzeti son aylarda Şimali Koreyada iki üst səviyyə səlahiyyətlinin müvəffəqiyyətsizliklərindən ötəri edam edildiyini bildirdi. Baş məşqçinin aqibətinin də eyni olmasından narahatlıq edilir. 2010 Dünya Kubokundan ağır bir məğlubiyyətlə dönən Şimali Koreya Milli Futbol Komandasının baş məşqçisi və oyunçuları ölkələrində kriminal hərəkətlərə məruz qaldılar.

Radio Free Asia və Cənubi Koreyanın xəbər kanallarının bildirdiyinə görə bütün komanda Xalq Mədəniyyət Sarayında zorla səhnəyə çıxarılaraq İdman Naziri Pak Myong-chol tərəfindən biabır edildi. Xəbərlərdə altı saat davam edən cəza hissəsini 400 hökumət vəzifəlisindən başqa şagirdlər və jurnalistlərin izlədiyi ifadə edildi.

Dahası komandanın baş məşqçisi Kim Jong Hunun vəzifəsindən və Koreya İşçi Partiyasından qovulduğu, ona məcburən inşaat fəhləliyi etdirildiyi ifadə edildi. Ancaq Şimali Koreyalıların daha betər cəzalarla qarşılaşa biləcəyi də ifadə edilir. Məşqçi Kimin Şimali Koreyanın əfsanəvi lideri Kim Jong Ilin oğulu Kim Jong Una xəyanət etdiyi səbəbiylə edam təhlükəsiylə qarşı-qarşıya olduğu da ifadə edildi. Chosun Ilbo qəzeti isə Şimali Koreya kəşfiyyatının, "Keçmişdə, müvəffəqiyyətsiz olan Şimali Koreyalı idmançılar və baş məşqçilə əsir düşərgələrinə göndərilərdi" dedi.

DÜNYA KUBOKundan XALSIZ DÖNDÜLƏR
Cənub Afrikada təşkil edilən 2010 Dünya Kubokunda G Qrupunda iştirak edən Şimali Koreya Fil dişi Sahilinə 3-0, Portuqaliyaya isə 7-0 kimi tarixi bir hesabla məğlub oldu. Braziliyaya isə 2-1 uduzan Asiya təmsilçisi sambaçılarla dişə-diş mübarizə apardılar.
Şimali Koreya, Asiya Seçmələrində olduğu qrupda Birləşmiş Ərəb Əmrlikləri, İran və Səudiyyə ərəbistanını keçərək Cənubi Koreyanın ardından 2-ci yerdə Dünya Kuboku finallarına qatılmağa haqq qazanmışdı.

Категория: IDMAN | Добавил: Xanlar (2010-08-01) | Автор: XANLAR
Просмотров: 871 | Комментарии: 3 | Рейтинг: 3.0/1
Всего комментариев: 3
2 VUSAL  
0
ASSINLAR BUNA LAIQDI

3 vusal  
0
Bu qederde ser geza olmaz postudan qovukub besti

1 Nihad  
0
Sag ol brat cox gozel xeberdir.

AD *:
Email:
Код *:

AXTARIS

SORGU

Оцените мой сайт
Всего ответов: 31

Hava Haqqında

STATISTIKA


Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0