Пятница, 2024-03-29, 00:53
SALAM QONAQ Гость | RSS

MILLI-AZ.TK

BOLMELER

SAYTA GIRIS

QEYDIYYATDAN KECENLER


1-ADMIN 2-PARIS HILTON 3-FEQAN




MILLI.UCOZ.COM

Каталог статей

Главная » Статьи » Xeberler

Ehtiyatlı olun! 44 derece istiler gelir!
EHTİYATLI OLUN! 44 DƏRƏCƏ İSTİLƏR GƏLİR!

Avqustda havanın temperaturu 44 dərəcəyə yüksələcək!

Avqustda havanın temperaturu iqlim normasına yaxın, bəzi yerlərdə normadan artıq olacaq. Respublika ərazisində yağıntının miqdarı qeyri-bərabər bölünəcək, ayrı-ayrı regionlarda normanı ötəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında orta aylıq temperatur 26-28 dərəcə (gecə 21-25 dərəcə, gündüz 33-36 dərəcə, bəzi günlər 41 dərəcəyədək qalxacaq), yağıntının səviyyəsi normaya yaxın (6-8 mm) olacaq.

Naxçıvan Muxtar Respublikasında orta aylıq temperatur 27-29 dərəcə (gecə 20-25 dərəcə, gündüz 33-38 dərəcə, bəzi günlər 44 dərəcəyədək artacaq), yağıntının səviyyəsi normaya yaxın (6-16 mm), bəzi günlər normadan artıq olacaq.

Yuxarı Qarabağ, İstisu-Laçın, Daşkəsən-Gədəbəydə orta aylıq temperatur 19-21 dərəcə (gecə 13-18 dərəcə, gündüz 23-28 dərəcə isti, bəzi günlər 34 dərəcəyədək yüksələcək), yağıntının səviyyəsi normaya yaxın (37-55 mm), bəzi yerlərdən normadan artıq olacaq.

Qazax-Gəncə, Ağdam-Füzuli-Cəbrayıl zonasında orta aylıq temperatur 26-28 dərəcə (gecə 19-24 dərəcə, gündüz 31-36 dərəcə, bəzi günlər 39 dərəcəyə yüksələcək), yağıntının səviyyəsi normaya uyğun (19-24 mm), bəzi yerlərdə normadan artıq olacaq.

Balakən-Şəki-Qəbələ, Şamaxı-İsmayıllı, Quba-Qusar-Xaçmazda orta aylıq temperatur müsbət 23-26 dərəcə (gecə 16-21 dərəcə, gündüz 26-31 dərəcə, bəzi günlər 36 dərəcəyədək isti), yağıntının səviyyəsi normaya yaxın (17-116 mm), bəzi yerlərdə normadan artıq olacaq.

Mərkəzi Aran rayonlarında orta aylıq temperatur müsbət 27-29 dərəcə (gecə 20-25 dərəcə, gündüz 33-38 dərəcə isti, bəzi günlər 42 dərəcəyədək artacaq), yağıntının səviyyəsi normaya yaxın (6-22 mm) olacaq.

Masallı-Lənkəran-Astarada orta aylıq temperatur 25-27 dərəcə (gecə 18-23 dərəcə, gündüz 30-35 dərəcə, bəzi günlər 39 dərəcəyədək artacaq), yağıntının səviyyəsi normaya yaxın (13-83 mm), bəzi yerlərdə normadan artıq olacaq.



Категория: Xeberler | Добавил: Xanlar (2010-08-01) | Автор: xanlar E
Просмотров: 905 | Рейтинг: 3.0/1
Всего комментариев: 0
AD *:
Email:
Код *:

AXTARIS

SORGU

Оцените мой сайт
Всего ответов: 31

Hava Haqqında

STATISTIKA


Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0