Пятница, 2024-04-26, 06:43
SALAM QONAQ Гость | RSS

MILLI-AZ.TK

BOLMELER

SAYTA GIRIS

QEYDIYYATDAN KECENLER


1-ADMIN 2-PARIS HILTON 3-FEQAN




MILLI.UCOZ.COM

Каталог статей

Главная » Статьи » AZERBAYCAN

Bakı şeheri Ramazan Ayının İlk Gününü Bele Qarşılayır
Artıq mübarək Ramazan ayı daxil olub. Bütün dünya ölkələrində olduğu kimi, Azərbaycanda da mübarək Ramazan ayı yaşanır. "Yaşanır” kəlməsini ilk öncə hərfi mənada yazdıq. Ancaq həqiqətdə necə? Məmləkətimizdə mübarək Ramazan ayı yaşanırmı? Hiss olunurmu? Və ya yaşanırsa, bu nə dərəcədir?
Elə bu sualları cavablandırmaq məqsədilə Bakı şəhərinin ən gur yerlərindən Ramazan ayının ilk günü ilə bağlı reportaj hazırladıq.

Ramazan ayında Bakı restoranları


Reportajımız ilk olaraq şəhərin tanınmış restoranlarından başladıq. Olduğumuz restoran və şadlıq evlərinin demək olar ki, əksəriyyətində eyni vəziyyətlə rastlaşdıq – restoranlar bir ay müddətinə bağlanıb, bəzilərində təmir işləri aparılır, bəzilərində isə sadəcə olaraq stullar stollar üzərinə qaldırılıb və bu ay üçün heç bir toy sifarişləri qəbul edilmir.

Ramazan ayında Bakının kafeləri


Bakının bütün kafeləri olmasa da, bəziləri bağlıdır. Maraqlısı odur ki, bağlı olan kafelərin çoxu Bakıda fəaliyyət göstərən türk kafeləridir. Xüsusi olaraq, onlardan "Böyük firat”, "Böyük Lahmacun”, "Atom” və s. kafeləri göstərmək olar. Həmin kafelər yalnız iftar zamanına qədər bağlı olur. İftar zamanından etibarən bu kafelərdə gücləndirilmiş iş başlayır. Kafe rəhbərliyi ilə apardığımız söhbətlər zamanı bildirdilər ki, işçilər yalnız günortadan sonra işə gəlirlər. "İşçilərimizin əksəriyyətini günortaya qədər işdən azad edirik. Onların çoxu demək olar ki, bu ayda oruc tutur və buna görə də, onlar iftar zamanına qədər dincəlirlər ki, iftar zamanı xidmət göstərə bilsinlər. Azərbaycanda fəaliyyət göstərən digər kafelərə də məsləhətimiz bu olar ki, onlar da müqəddəs ayın hörmətinə bağlasınlar. Unutmaq olmaz ki, ruzini verən Allahdır”, - deyə türk kafesinin rəhbərliyindən adının çəkilməsini istəməyən bir nəfər söhbəti zamanı bildirdi. "Böyük Lahmacun” kafesinin mühasibi Kenan Enri isə Ramazan ayında kafenin bağlı olmasının onların büdcəsinə təsiri barədə danışdı. "İftara qədər bağlı oluruq və bunu hər il edirik. Ramazan ayında iftara qədər bağlı olmaq büdcəimizə böyük bir təsir etmir. Yay olmasını nəzər alsaq, onsuzda insanlar axşam vaxtı buraya gəlir. İndi isə xüsusi iftar menyuları hazırladığımızdan müştərilərimiz daha çox olur və gəlirimiz də çoxalır”, - deyə Enri bildirdi.

Ramazan ayında Bakı şəhərinin küçələri


Şəhərdə Ramazan ayının gəlişini hiss etdirən amillərindən biri də, demək olar ki, bütün dükan və bazarlarda xurmanın satılması idi. Əksər dükanlar "Satışda xurma var” yazısını böyüdərək mağaza pəncərələrinə yapışdırmışdı.
Şəhrdə su və dondurma satanlar alverlərinin xeyli zəifləməsindən danışırdı. "Ən çox məhsulumuzu günorta vaxtları sata bilirdik. İndi Ramazan ayıdır və yəgin ki, insanların çoxu oruc tutur, ona görə də bizdən mal alan çox azalıb”, deyə satıcılardan biri bildirdi.
Şəhərdə gəzdiyimiz zaman diqqət etdik ki, əvvəllər əlində su, siqaret və ictimaiyyət arasında qəbul edilməsinə pis baxılmayan qidaları istifadə edənlər çox olurdusa, indi belələri qarşımıza tək-tük çıxırdı.

Bakı sakinlərinin Ramazan ayı təəssüratları


Şəhər əhalisinin Ramazan ayının ilk günündə təəssüratlarını öyrənmək üçün sonda "Ramazan ayının ilk gününü necə qarşıladız?”, sualı ilə əhali arasında sorğu keçirdik.
İlk müsahibimiz yaşı təqribən 45-50 olan Tahir müəllim oldu. "Ramazan ayının gəlişi bizləri çox sevindirir. Əlbəttə ki, demək olmaz ki, oruc tutmaqda çətinliyimiz yoxdur, xeyr var. Lakin, fikirləşəndə ki, bu işi Allaha xatir görürsən və əvəzini ondan alacaqsan, onda insana bir o qədər çətin gəlmir”, - deyə Tahir müəllim bildirdi.
Digər bir müsahibimiz gənc tələbə Seymur Əliyev Ramazan ayının məhz yaya düşməsində bir gözəllik olduğunu vurğuladı. "Ramazan ayının yaya düşməsi məni çox sevindirir. Qışda oruc tutmağa nə varki? Ancaq 16 saat yayın günündə susuz qalmaq şəxsən mənə ləzzət edir”.
Bəzi müsahiblərimiz Ramazan aynda oruc tutmadığını bildirdi. Maraqlıdır ki, onların əksəriyyəti oruc tutmamaqlarına səbəb kimi xəstə olduqlarını göstərdi. "Oruc tuta bilmirəm. Bu mənim səhhətimlə əlaqədardır. Ancaq bu ayda çoxlu yaxşı işlər görməyə çalışıram. Oruc tutanların oruclarının Allah dərgahında qəbul olunmasını diləyirəm”, - deyə müsahiblərimizdən biri mağaza satıcısı olan Xalidə xanım bildirdi.
İsti yay günlərdində şəhərin taksi sürücüləri də oruc tutur. "Bəlkə də ən çətin iş bizim işimizdir. Lakin, buna baxmayaraq Allahın vacib buyurduğu orucu tutmağa çalışırıq. Bütün çətinlikdə Allah kömək olur və ona görə də çətinliyi demək olar ki, hiss etmirik. Ona görə də, oruc tutmayanların işinin çətin olması ilə əlaqələndirənlər bunu sadəcə bəhanə edirlər”, - deyə taksi sürücüsü, 37 yaşlı Kazım
Əsədov bildirdi.
Категория: AZERBAYCAN | Добавил: Xanlar (2010-08-15) | Автор: ADMIN
Просмотров: 2233 | Комментарии: 1 | Рейтинг: 0.0/0
Всего комментариев: 1
1 Xanlar  
0
bayraminiz mubarek

AD *:
Email:
Код *:

AXTARIS

SORGU

Оцените мой сайт
Всего ответов: 31

Hava Haqqında

STATISTIKA


Онлайн всего: 1
Гостей: 1
Пользователей: 0